Dünya 13:08 04.02.2013

Rusiya Suriyaya döyüş helokopterləri göndərir - iddia

Azad Suriya Ordusu komandanlığının qərargah rəisi general Selim İdris yaxın günlərdə Rusiyanın Suriyaya döyüş helikopterləri göndərəcəyini iddia edib.

Qaynar.info-nun məlumatına görə, İdris verdiyi açıqlamasında, "Qarşıdakı günlərdə Suriyanın Tarsus limanına Bəşər Əsədə dəstək üçün rus helikopterlərinin gələcəyi ilə bağlı kəşfiyyat məlumatı almışıq" deyib.

Helikopterlərin qutularda parçalar şəklində Suriyaya gətirilib birləşdiriləcəyi məlumatını aldıqlarını deyən general Əsəd rejiminə silah daşıyan gəmilərin Azad Suriya Ordusu tərəfindən vurulacağını söyləyib: "Bu cinayətkar rejimə dəstək verməyə davam edəcəkləri müddət ərzində onlara aman verməyəcəyik. Onların mülki təyyarə və gəmiləri də əsas hədəflərimiz olacaq".

Rusiya rəsmiləri isə hələlik, helikopterlərin gətiriləcəyi ilə bağlı heç bir açıqlama verməyib.


Qaynar.info