Dünya 09:30 18.11.2013

Rusiya təyyarələri yaponları vahiməyə saldı

Yaponiya Hərbi Hava Hücumundan Müdafiə Qüvvələri növbəti dəfə rus təyyarələri səbəbindən həyəcan yaşayıb

Yaponiya Hərbi Hava Hücumundan Müdafiə Qüvvələri növbəti dəfə rus təyyarələri səbəbindən həyəcan yaşayıb. Rusiya mətbuatının məlumatına görə, Yaponiya müdafiə qüvvələri 2 Tu-95 bombardmançı təyyarənin Sakit okeanı üzərindən yapon arxipelaqı istiqamətində uçması səbəbindən yüksək döyüş hazırlığına keçib.

Şənbə günü baş vermiş hadisədə rus hərbi təyyarələri Yaponiya hava məkanını pozmayıb. Yaponiya təyyarələrinin havaya qalxmasından sonra rus bombardmançıları Saxalin istiqamətində uçub.

Qeyd edək ki, iyul-sentyabr ayları ərzində Yaponiya silahlı qüvvələri 105 dəfə rus hərbi təyyarələri səbəbindən yüksək döyüş hazırlığı elan edib.

ANS PRESS