Dünya 18:46 14.02.2020

Rusiya Türkiyəni “məsuliyyətsiz açıqlamalar”a görə ittiham etdi

Türkiyənin Suriya ordusunu atəşə tutması ilə bağlı məsuliyyətsiz açıqlamaları İdlibdə ancaq gərginliyə və tələskən qərarlara səbəb ola bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiyanın Suriyada müharibə edən tərəflərin uzlaşması Mərkəzindən bildirilib.

Mərkəzdən qeyd olunur ki, Türkiyə Müdafiə Nazirliyinin səlahiyyətliləri "İdlib de-eskalasiya zonasında vəziyyətlə əlaqədar ölkə rəhbərliyinə yalnış məlumat verməyə" görə məsuliyyət daşıyır.

Mərkəz Suriya ordusunun İdlibdəki itkiləri ilə bağlı Türkiyə tərəfinin verdiyi məlumatları da təkzib edib.

Qeyd olunur ki, yalnız bu gün üçün Türkiyə tərəfi "63 Suriyalı əsgərin məhv edildiyini iddia edib".

Alpər