Dünya 13:57 07.09.2019

Rusiya ukraynalı dənizçiləri azad etdi

Rusiya həbsdə saxladığı 24 ukraynalı dənizçini azadlığa buraxıb.

Qaynarinfo İzvestiya.ru-ya istinadən xəbər verir ki, proses Ombudsman Lyudmila Denisovanın nəzarəti ilə həyata keçirilib. Dənizçilər Moskvada yerləşən Lefortovo həbsxanasını tərk edərək Vnukovo hava limanına aparılıblar. Azadlığa buraxılan məhbuslar təyyarə ilə Ukraynaya qayıdacaqlar.

Rəsmi Kiyev Moskvanın bu addımına həbsdə saxlanılan 33 rusiyalı məhbusu geri qaytamaqla cavab verəcək. 

Qeyd edək ki, ötən ilin noyabr ayında Kerç boğazında Ukrayna və Rusiya donanmasının üzvləri arasında gərginlik yaşanmış, rusiyalı dənizçilər sərhədi pozan Ukrayna gəmisinə atəş açaraq 24 nəfəri həbs etmişdi.

Gülşən