Video 16:59 18.09.2019

Rusiya-ABŞ nüvə savaşı baş versə, belə olacaq... (VİDEO)

ABŞ-ın Prinston Universitetinin alimləri ABŞ-la Rusiya arasında baş verə biləcək nüvə müharibəsinin simulyasiyasını hazırlayıb.

Qaynarinfo xəbər verir ki, müharibə ənənəvi silahlarla başlayır. Daha sonra Rusiya Almaniya və Polşa sərhədinə nüvə zərbəsi endirir, ABŞ isə Kalininqradı vurur. Nüvə müharibəsi Avropanı əhatə edəndən sonra qitələr ABŞ və Rusiya tərəfindən işğal edilir. 

Simulyasiyanın müəllifləri bildirir ki, videonu hazırlamaqda məqsəd ABŞ-Rusiya müharibəsinin yarada biləcəyi fəlakət və dünyanın taleyi üçün təhlükəni nəzərə yetirməkdir.

Qeyd olunur ki, müharibənin başlayacağı ilk saatda 90 milyon insan həlak olacaq.