Dünya 18:08 04.08.2013

Rusiya Xəzərə gözəgörünməz gəmi buraxır - FOTO

“Uqliç” raket gəmisi rus donanmasının tərkibinə avqustun sonlarında qatılacaq
Rusiya Xəzərdəki hərbi donanmasını gücləndirmək istiqamətində daha bir addım atır. Virtualaz.org Rusiya hərbi qaynaqlarına istinadən xəbər verir ki, avqustun sonlarında Xəzərdəki rus donanmasının tərkibinə “Uqliç” kiçik raket gəmisi qatılacaq.
Hazırda Rusiya Hərbi Dəniz Qüvvələrinin komandanlığının nümayəndələri gəmiyə baxış keçirir. "Uqliç” raket gəmisi bir növ "gözəgörünməzdir", yəni radarlara yaxalanmır və müasir artilleriya, raket, diversiya əleyhinə, zenit və radiotexniki sistemlərlə təchiz olunub.
Gəminin silahlarının sırasına uzaq məsafədə hədəfi dəqiq vuran “Kalibr-NK” raketləri də daxildir. Gəminin su tutumu 949 tondur. Uzunluğu 75 metr, eni 11 metr, sürəti saatda 25 dəniz milidir.
Qaynar.info