Siyasət 15:58 17.10.2019

Rusiya XİN-dən Dağlıq Qarabağ açıqlaması

Rusiya tərəfi Dağlıq Qarabağ münaqişəsinə dair danışıqların masaya çıxarılan müddəalarını əsas götürür.

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə bildirib.

"Biz danışıqların masaya çıxarılan müddəalarını əsas götürürük. Biz tərəflərlə və həmsədrlərlə razılaşdırılmış sənədlərlə işləyirik. ATƏT-in Minsk qrupunun həmsədri olaraq vəzifəmiz bu məsələni həll etmək məqsədinə doğru irəliləyişi mümkün qədər tezləşdirməkdən ibarətdir. Bu işimizi maksimum dərəcədə konstruktiv yerinə yetiririk, başqalarını da bu istiqamətdə konstruktiv işləməyə çağırırıq”, - Rusiyanın XİN rəsmisi qeyd edib.
 

Zaxarova Azərbaycanın Dövlət Dumasının deputatı Konstantin Zatulinin işğal altındakı Dağlıq Qarabağa səfər etməsi və orada Azərbaycan əleyhinə bəyanatlar səsləndirməsi ilə bağlı Rusiyaya verdiyi notaya da münasibət bildirib.

 

 

Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Azərbaycan tərəfindən diplomatik kanallarla notanın daxil olduğunu təsdiqləyib.

 

 

"Deyə bilərəm ki, Rusiya Xarici İşlər Nazirliyinin saytında çoxdandır Azərbaycanın xüsusi razılığı olmadan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti və ona bitişik yeddi rayona səyahət edənlərin ölkəyə girişinə qadağa qoyulması ilə bağlı xəbərdarlıq yerləşdirilib. Bu, aktual xəbərdarlıqdır və hamıya aiddir”, - deyə M. Zaxarova qeyd edib.