Siyasət 20:08 12.09.2019

Rusiya XİN-i Qarabağ münaqişəsi barədə danışdı

Hər şey Dağlıq Qarabağ münaqişəsinin həllinə doğru getməlidir.

Modern.az-ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

XİN rəsmisi bildirib ki, Azərbaycanla Ermənistan arasında uzun illərdir davam edən ağır və təəssüf ki, həll edilməyən vəziyyətlə bağlı hər şey ona doğru getməlidir ki, bu mürəkkəb və artıq köhnə problem həll edilsin.

M.Zaxarova qeyd edib ki, Rusiya ATƏT-in Minsk Qrupu çərçivəsində bu məsələ ilə bağlı üzərinə götürdüyü öhdəliklərini məsuliyyətlə yerinə yetirir.