İdman 22:49 09.10.2019

Rusiya yığması 0:61 hesabı ilə məğlub olub

Yaponiyada keçirilən reqbi üzrə Dünya kubokunda Rusiya yığması Şotlandiyaya 0:61 hesabı ilə məğlub olub.

Bu, turnirdə Rusiyanın dördüncü məğlubiyyəti olub.

İlk turda ev sahiblərinə 10:30 hesabı ilə məğlub olan ruslar, daha sonra Samoaya 9:34, İrlandiyaya 0:35 hesabı ilə uduzublar.

Bununla da Rusiya yığması qrup mərhələsində bir xal belə qazana bilməyərək çıxışlarını bitiriblər.(oxu.az)