Dünya 11:19 17.06.2018

Rusiyada 49 yaşlı azərbaycanlı bazarda insanları atəşə tutdu

Rusiyada sərxoş vəziyyətdə olan 49 yaşlı azərbaycanlı pnevmatik tapançadan ətrafa atəş açıb.

Qaynarinfo Rusiya KİV-nə istinadən xəbər verir ki, insident Sankt-Peterburq şəhərində yerləşən "Yunona" bazarında meydana gəlib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Atəş açan şəxs polis tərəfindən saxlanılıb.

O, verdiyi ifadəsində baş verənləri xatırlamadığını bildirib.
 
Faktla bağlı araşdırma aparılır.