Dünya 22:55 17.10.2013

Rusiyada 63 qeyri-leqal miqrant saxlanıldı

Oktyabrın 17-də Rusiya Federal Miqrasiya Xidmətinin Moskva ətrafındakı Dolqoprudnı şəhərində yerləşən tərəvəz bazasında reydi zamanı 60-dan çox qeyri-leqal miqrant saxlanılıb.

APA
-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə qurumun mətbuat xidmətinin açıqlamasında bildirilir.
 
“Bazada xarici vətəndaşlar da daxil olmaqla ümumilikdə 1500 nəfər çalışıb. Xarici vətəndaşlardan 63-nün Rusiyada işləmək üçün icazəsi olmayıb, 19 nəfər isə ölkə ərazisində qeyri qanuni olub”, deyə FMX-nın mətbuat xidmətinin açıqlamasında bildirilir.      
 

FMX-da qeyd ediblər ki,  Dolqoprudnı şəhər məhkəməsinin qərarı ilə, saxlanılan 63 qeyri-leqal miqrant cərimələnərək ölkədən çıxarılıb.  

Qaynar.info