Texnologiya 16:50 09.12.2019

Polisə getmədən avtomobil alqı-satqısı mümkün olacaq - Rusiyada...

Rusiyanın Rabitə Nazirliyi və Daxili İşlər Nazirliyi ictimai xidmətlər portalının istifadəçilərinə elektron avtomobil alqı-satqı müqaviləsi tərtib etməyə imkan verəcək yeni pulsuz xidmət hazırlayır.
 
Qaynarino kommrersant.ru-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Rabitə nazirinin müavini Maksim Parşin açıqlama verib. Onun sözlərinə görə, satıcı, alıcı və nəqliyyat vasitəsi haqda məlumatlar avtomatik olaraq doldurulacaq və sənədi şəxsi hesab vasitəsilə sadə bir elektron imza ilə təsdiqləmək mümkün olacaq.

Beləliklə, müqavilə əsasında nəqliyyat vasitəsinin yeni sahibi tərəfindən qeydiyyata alınması və əvvəlcədən qeydiyyata xitam verilməsi üçün ərizələrin layihələri avtomatik olaraq yaradılacaq.

Şöbə müdirinin müavini elektron müqavilənin avtomobil alqı-satqısı əməliyyatlarının icrasını sürətləndirəcəyini qeyd edib. Xidmətin 2020-ci ildə istifadəyə veriləcəyi, ilk mərhələdə yalnız fiziki şəxslərin istifadəsinə veriləcəyi qeyd olunur.

7 dekabrda Rusiyada avtomobillər üçün lazım olan sənədlərin tərkibinin də dəyişəcəyi bildiilir. Bu, istehlakçıları enerji səmərəliliyi və nəqliyyat vasitələrinin ekoloji göstəriciləri barədə məlumatlandırmaq üçün QOST tətbiqi ilə əlaqədar olacaqdır.

Qərarın standart, ağırlığı 3,5 ton olan avtomobillər və yük maşınlarına tətbiq olunacağı deyilir.