Ölkə 16:05 06.01.2019

Rusiyada qəzaya düşən azərbaycanlılardan üçünün vəziyyəti ağırdır (YENİLƏNİB)

Rusiyada Azərbaycan vətəndaşlarını daşıyan mikroavtobusun qəzaya uğraması nəticəsində xəsarət alan 3 nəfərin vəziyyəti ağırdır.

Qaynarinfo TASS-a istinadən xəbər verir ki, onların arasında 2 yaşlı uşaq da var.

Qeyd olunur ki, daha 10 nəfər yüngül xəsarətlərlə xəstəxanaya yerləşdirilib, onlara lazımi yarım göstərilir. Yaralananlar Bakı sakinləridir. Stavropol diyarının yol polisinin verdiyi məlumata görə, mikroavtobus sürücüsnün idarəetməni itirməsi nəticəsində aşıb.

***13.30 
 
Rusiyanın Stavropol diyarında Azərbaycan vətəndaşlarını daşıyan mikroavtobus aşıb.

Qaynarinfo RİA Novosti-yə istinadən xəbər verir ki, hadisə nəticəsində 6 nəfər yaralanıb. 

Rusiya Fövqəlaə Hallar Nazirliyindən verilən məlumata görə, qəzaya uğrayan "Mercedes" markalı mikroavtobus Azərbaycandan Moskvaya hərəkət edirmiş. Qəza Levokumsk kəndi ərazisində baş verib. Mikroavtobusda 13 nəfər olub. 

Yaralılar Levokumsk xəstəxanasına yerləşdirilib.