Ölkə 22:45 08.12.2018

Rusiyada azərbaycanlı iş adamı həbs edildi

Moskvada azərbaycanlı iş adamı Asif Babayev həbs edilib.

Qaynarinfo "qafqazinfo"ya istinadən xəbər verir ki, iş adamının rəhbərlik etdiyi zavodda saxta içki hazırlanırmış. Üstəlik gizli sexdə miqrantlar çalışırmış.

Hüquq-mühafizə orqanının əməkdaşları zavodda 77 min şüşə saxta içki aşkarlayıblar.

A.Babayev haqda iki maddə üzrə cinayət işi başlanıb.

Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!