Foto 12:50 25.06.2019

Rusiyada azərbaycanlı öldürüldü: Şəhərə xüsusi təyinatlılar yeridildi (VİDEO)

Ötən gün Rusiyanın Sverdlovsk vilayətinin Nijnie Serqi şəhərində 49 yaşlı azərbaycanlı ödürülüb.

Qaynarinfo yeniavaz.com-a istinadən xəbər verir ki, Nijnie Serqi şəhərində ticarətlə məşğul olan 49 yaşlı Ruhulla adlı azərbaycanlı 44 yaşlı yerli sakin Aleksandr ilə mübahisə edib.

Daha sonra mübahisə davaya çevrilib. İddia olunur ki, dava zamanı Aleksandr döyülüb. Hadisənin sabah günü tərəflər yenə qarşı-qarşıya gəliblər. Bildirilir ki, budəfəki davaya hər iki tərəfdən 120-yə yaxın şəxs qatılıb. Baş verən kütləvi dava zamanı Ruhulla öldürülüb.

Məlumatda qeyd olunur ki, Ruhullanın yaxınları onun qatilindən qisas almaq niyyətindədirlər. Nijnie Serqi şəhərinə Ruhullanın qohumları və dosları olduğu bildirilən onlarla şəxs gəlib. Şəhərdə növbəti qarşıdurmanın olacağından ehtiyat edən sakinlər küçələrə çıxmırlar. Yerli polisdən əlavə şəhərə xüsusi təyinatlı polis dəstələri də (OMON) gətirilib.