Ölkə 22:17 15.08.2018

Rusiyada deputat azərbaycanlıları sahibsiz evdə qeydiyyata alıb

Rusiyanın Voronej vilayətində kənd sovetinin deputatı xarici vətəndaşları özünün yaşayışa yararlı olmayan evində qeydiyyata aldığı üçün məhkəmə qarşısında cavab verəcək. 

Oxu.Az xəbər verir ki, söhbət 50 yaşlı Sergey Miroşnikovdan gedir.

Hüquq mühafizə orqanları əməkdaşlarının bildirdiyinə görə, bu ilin əvvəlində o, 5 azərbaycanlını məhz bu üsulla qeydiyyatdan keçirib.

Faktiki olaraq Azərbaycan vətəndaşları bu evdə yaşamayıblar. 2018-ci ilin aprel və may aylarında isə Miroşnikov daha 2 Azərbaycan və 2 Özbəkistan vətəndaşını saxtakarlıqla qeydiyyata salıb.

Deputata qarşı cinayət işi qaldırılıb.