Dünya 23:47 04.12.2018

Rusiyada Fərman Salmanovun adını daşıyacaq aeroport məlum oldu

"Rusiyanın dahi adları” layihəsi çərçivəsində ölkənin 47 aeroportuna görkəmli şəxslərin adlarının verilməsinə dair keçirilən ümumxalq səsvermənin nəticələri açıqlanıb.

Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, nəticəyə əsasən, Surqut aeroportu əfsanəvi azərbaycanlı geoloq Fərman Salmanovun adını daşıyacaq.

Qeyd edək ki, Surqut aeroportu Xantı-Mansiysk muxtar dairəsinin ən böyük beynəlxalq hava limanıdır.

Xantı-Mansiysk muxtar dairəsinin iki aeroportu – Nijnivartovsk və Surqut F. Salmanovun adını daşımaq uğrunda mübarizə aparıb. Səsvermənin nəticələrinə əsasən, səslərin əksəriyyətini Surqut hava limanı toplayıb.
 
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!