Dünya 23:05 25.08.2019

Rusiyada ölüm hökmü bərpa oluna bilər

Rusiyada öülm hökmü bərpa oluna bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə təkliflə Liberal Demokrat Partiyasından Dövlət Dumasına deputat seçilən Aleksandr Şerin çıxış edib.

O cəza kimi ölüm hökmünün üzərinə qoyulan moratoriumun ləğvini istəyin. Deputat bildirib ki, moratorium Rusiyaya süni şəkildə sırınıb və öölkənin dağıdılmasına xidmət edir: "Avropanın "bəşəri dəyərlər” adı altında təbliğ etdiyi və bizə sırınan bu hallar ölkəmizin dağıdılması üçündür. Ölüm hökmünə moratorium Rusiya Federasiyasını məhv edir".

Xatırladaq ki, Böyük Vətən Müharibəsinin 92 yaşlı veteranı öldürülüb. Bundan sonra Kaluqa vilayətinin qubernatoru Anatoli Artamonov bildirib ki, bu cinayət törədən şəxslər edam cəzasına layiqdir.

Onu da qeyd edək ki, Rusiya 1996-cı ildə Avropa Şurasına üzv olandan sonra ölüm hökmünə moratorium elan edib.