Dünya 16:55 04.12.2019

Rusiyada üzərində "T-34" yazılan ayının görüntüləri yayıldı (FOTO)

Rusiya mediasında üzərində "T-34" yazılan qütb ayısının görüntüləri yayılıb.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, üzərində spreylə "T-24" yazılan ayının görüntüləri mütəxəssisləri narahat edib.
 
Görüntülər "Dünya Vəhşi Təbiəti Qoruma Fondu"nun üzvü Sergey Kavri tərəfindən əvvəl "Facebook"da, daha sonra isə Rusiya mediasında paylaşılıb. Kavri videonun ölkənin şimalında - Çukotka vilayətində yaşayan insanlara aid bir "WhatsApp" qrupunda paylaşıldığını qeyd edib. 

Rusiyanın şimal qütb ərazisində qeydə alınan videonun tam olaraq harda çəkildiyini aydınlaşdırmaq üçün araşdırmalar başlanılıb. 
 
"Dünya Vəhşi Təbiəti Qoruma Fondu"nun Rusiya üzrə sözçüsü Dariya Büyanova yayılan görüntülərin "böyük bir şok" olduğunu və yazının da "çox pis bir zarafat" olduğunu söyləyib.
 
Alim Anatoli Koçnev isə yazının ayını yatırtmadan yazılmağının mümkünsüz olduğunu və boyanın silinməsinin isə bir neçə həftə çəkəcəyini bildirib.
 
Qeyd edək ki, ayının üzərində yazılan "T-34" yazısı İkinci Dünya Müharibəsi zamanı nasist qüvvələrini məğlub etməkdə böyük rol oynayan əfsanəvi bir tankın nömrəsi olub.
 
Günay