Ölkə 23:46 23.03.2018

Rusiyada yük vaqonlarını qarət edən azərbaycanlı yaxalandı

İrkutskda yük vaqonlarında oğurluq edən şəxs saxlanılıb.

Virtualaz.org bildirir ki, bu barədə "NewIrkutsk” xəbər yayıb.

Nəşr istintaq materiallarına istinadən qeyd edir ki, Azərbaycan vətəndaşı olan həmin şəxs, uzun müddətdir qazanc üçün İrkutsk vilayətinə gəlib-gedir.

Ancaq bu dəfə onun işləri alınmayıb, ona görə də qanunsuz yolla pul qazanmağa qərar verib.

Rusiya DİN-in bölgə üzrə idarəsinin mətbuat xidmətindən verilən məlumata görə, həmin şəxs cinayət yerinə avtomobillə yaxınlaşıb. Qayçı vasitəsi ilə konteynerlərin kilidini açaraq, içəridə olan malları oğurlayıb.

Cinayətkarın bu yolla ümumilikdə yarım milyon rubl dəyərində mal oğurladığı bildirilir.