Ekonomiks 18:54 23.10.2019

Rusiyadan 20 milyard kredit

Rusiya Afrika ölkələrinə 20 milyard dollar kredit verəcək.

Qaynarinfo Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Vladimir Putin məlumat verib. Həmin məbləğ milli iqtisadi layihələrin reallaşdırılması üçün xərclənəcək.

Qeyd edək ki, Afrika ölkələri Rusiyanın biznes siyasətində əhəmiyyətli yerə sahibdir. Ötən beş il ərzində Afrika ölkələri ilə Rusiya arasında ticarət əlaqələrinin miqdarı iki dəfə artaraq 20 milyard dollara çatıb. Mütəxəssislərə görə, 2050-ci ilə qədər Afrika dövlətlərinin Ümum Daxili Məhsulunun dəyəri 29 trilyon dollar olacaq. Həmin məbləğin 40%-i Misirin payına düşür.

Gülşən