Dünya 12:42 02.12.2017

Rusiyadan ABŞ-a cavab: media nümayəndələri dumaya buraxılmasın!

Rusiya ABŞ media nümayəndələrinin dumaya girişinə qadağa qoyacaq.

Qaynarinfo-nun məlumatına görə, bu barədə Rusiya parlamentinin nəzarət komissiyasının sədri Olqa Savastyanova mətbuata açıqlamasında bildirib. O, qərarın gələn həftədən etibarən qüvvəyə minəcəyini deyib.

"Bu addım Rusiya höküməti tərəfindən maliyyələşən "Russia Today" telekanalının ABŞ Kapitol binasının içərisindən yayım həyata keçirməsinin qadağan edilməsi ilə bağlı qərara cavab olaraq atılır", - deyə duma rəsmisi bildirib.

Qeyd edək ki, ABŞ Ədliyyə Nazirliyinin tələbi ilə noyabrın 13-də ABŞ-da fəaliyyət göstərən "Rusiia Today" kanalı "xarici agent" kimi qeydə alınaraq, konqresə girişinə qadağa qoyulub. Buna cavab olaraq isə Rusiya prezidenti Vladimir Putin noyabrın 25-də Rusiyada fəaliyyət göstərən və xaricdən maliyələşən media qurumlarının "xarici agentlər" kimi qeydə alınması barədə sərəncam imzalamışdı.