Sağlamlıq 10:51 20.11.2019

Rusiyadan ana südü ilə bağlı qərar: Ekspertlər fəlakət olacağını deyir

Rusiya Baş nazirinin müavini Aleksey Qordeyev Kənd Təsərrüfatı Nazirliyinə uyğunlaşdırılmış körpə süd məhsulları və onların istehsalı üçün lazım olan qatqıların gətirilməsinin məhdudlaşdırılması məsələsini həll etməklə bağlı tapşırıq verib.

Qaynarinfo xəbər verir ki, hazırda ana südü əvəzedicilərinin təxminən 95%-i Rusiyaya xaricdən - AB ölkələri və ABŞ-dan gətirilir. Halbuki illik istehlak ildə 40 min tondur.

Bu kimi kvota və digər oxşar məhdudlaşdırma tədbirlərinin Rusiyada uşaq qidası istehsalının lokalizasiyasına təkan verəcəyi gözlənilir. Bundan əlavə, bu ilin əvvəlində Federasiya Şurası qarışıqların idxalı üçün 5%-dən 15%-ə qədər artan rüsumlar təklif etmişdi.

Bəzi ekspertlər belə qərarlarla razı deyillər. Onlar hesab edir ki, idxaldan bu qədər çox asılı olan məhsulların gətirilməsinin məhdudlaşdırılması "fəlakət"li nəticələr doğuracaq.

Qeyd edək ki, bundan əvvəl Rusiya mütəxəssisləri quru körpə qidalarının 21 əmtəə nişanını araşdırandan sonra, onlardan yalnız birinin yüksək keyfiyyətli tələblərə cavab verdiyi məlum olub.

Alpər