Ölkə 13:44 16.10.2018

Rusiyadan Azərbaycana balıq konservlərinin tədarükü dayandırıldı (SƏBƏB)

Rusiyanın Kalininqrad vilayətindən Azərbaycana balıq konservlərinin tədarükü dayandırılıb.

Qaynarinfo "Trend"ə istinadən xəbər verir ki, bu qərara ixracat zamanı qeydə alınan pozuntular səbəb olub.

Qeyd olunur ki, "MAPP Çernışevskoye” şirkətinin ümumi həcmi 360 kiloqram olan skumbriya konservlərində istehsalat tarixi baytarlıq şəhadətnaməsində göstərilməyib.

Tədarükün dayandırılması müddəti açıqlanmayıb.