Dünya 16:37 01.05.2013

Rusiyadan Suriyaya uçuş qadağası

Rusiya sərnişin təyyarələrinin Suriya üzərindən uçuşu qadağan edilib.

Rusiyadakı hava nəqliyyat agentliyi Rosaviatsiya, ölkədəki bütün hava yolu şirkətlərinə Suriya üzərindən uçuşu qadağan edib.

Bazar günü, Misirdən Kazana uçan Rusiya təyyarəsinin Suriya üzərində raket təhlükəsilə üzləşdiyi açıqlanmışdı.

Rus rəsmilər, təhlükənin hansı səviyyədə olduğu barədə məlumat verməyib, ancaq təyyarənin Kazana problemsiz endiyi açıqlanıb.

Qaynar.info