Dünya 18:56 17.02.2019

Rusiyadan Venesuelaya zərbə

Rusiyanın "Gazprombank" şirkəti Venesuela əleyhinə qərar qəbul edib.

Qaynarinfo xəbər verir ki, şirkət Venesuelanın dövlət neft şirkəti "PDVSA"ya aid hesabların dondurulması barədə qərar çıxarıb. Adı açıqlanmayan "Gazprombank" nümayəndəsi məsələ ilə bağlı "Reuters" xəbər agentliyinə məlumat verib.

Qeyd edək ki, Rusiya Venesuela prezidenti Nikolas Maduronun hakimiyyətdən getməsini tələb edən ABŞ-dan fərqli olaraq bu ölkə rəhbərinə verdiyi dəstəklə diqqət çəkirdi.

Gülşən