Rusiyalı aparıcı və bloqqer Nastya İvleyva Bakıya gəlib. 

Qaynarinfo axşam.az-a istinadən xəbər verir ki, İnstaqramda 12 milyon izləyicisi olan Nastya çəkdirdiyi şəkilləri sosial şəbəkə izləyiciləri ilə bölüşüb. 

Onun səfərinin səbəbi "Пятница" kanalında yayımlanan "Орел и решка" verilişinin çəkilişi olub. Çəkiliş təkcə Bakıda yox, Lahıcda da aparılıb.