Dünya 15:10 21.08.2019

Rusiyalı deputat həyat yoldaşını öldürdü

Rusiyanın Çelyabinski vilayətinin deputatı Azad Zaripov həyat yoldaşını güllələyib.

Qaynarinfo xəbər verir ki, Vahid Rusiya Partiyasının 51 yaşlı deputatı evə gələrkən həyat yoldaşını yad kişi ilə görüb. O, ov tüfəngi ilə qadına bir neçə dəfə atəş açıb. Ağır yaralanan qadın xəstəxanada ölüb.

Qeyd edək ki, cütlüyün 3 övladı olub.

Gülşən