Xəbər lenti

Rusiyalı deputatlar Gürcüstandan qovuldu: Spikerin istefası tələb olunur
Siyasət 22:00 20.06.2019

Rusiyalı deputatlar Gürcüstandan qovuldu: Spikerin istefası tələb olunur

Parlamentlərarası Pravoslav Assambleyasının (PPA) Tbilisidə keçirilən 26-cı Baş Assambleyasında iştirak edən Rusiya nümayəndə heyəti Gürcüstanı tərk edib.

Modern.az "Report”a istinadən xəbər verir ki, PPA-nın prezidenti, rusiyalı deputat Sergey Qavrilov və Rusiya Dumasının digər üzvləri Tbilisi hava limanından təyyarə ilə yola salınıblar.

Rusiyalı deputatlar qaldıqları hoteldən çıxarkən vətəndaşların etirazları ilə qarşılaşıblar. Onlar rusiyalı deputatlar istiqamətinə su qabları atıblar.

Qeyd edək ki, Rusiya Dumasının üzvlərinin Tbilisidə beynəlxalq tədbirdə iştirak etməsi və PPA-nın prezidenti Sergey Qavrilovun Gürcüstan parlamenti sədrinin kürsüsündə əyləşməsi ictimaiyyət arasında böyük narazılıq yaradıb.

Bu arada hazırda parlamentin qarşısına toplanan ictimai fəallar və müxalifət partiyalarının üzvləri Gürcüstanın parlament sədri İrakli Kobaxidzenin istefasını tələb edirlər.

Həmçinin, daxili işlər naziri Giorgi Qaxaria və Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Vaxtanq Qomelaurinin də istefası tələb olunur.

Müxalifətdə olan Vahid Milli Hərəkat Partiyasının sədri Qriqol Vaşadze aksiya iştirakçıları qarşısında çıxışı zamanı bildirib ki, hökumətə tələbləri yerinə yetirmək üçün bir saat vaxt verilir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->