Dünya 13:57 18.09.2018

Rusiyalı fəal sinir maddəsi ilə zəhərlənib

Almaniya rusiyalı ictimai fəal Pyotr Verzilovun sinir sisteminə zərər verən zəhərin təsirinə məruz qaldığını açıqlayıb.

Qaynarinfo xəbər verir ki, Kreml əleyhinə fəaliyyəti ilə bilinən "Pussy Riot" qrupunun üzvü olan Verzilov ötən günlərdə görmə, eşitmə və yerimə funksiyalarını itirdiyinə görə xəstəxanaya yerləşdirilmişdi. 30 yaşlı fəal daha sonra Almaniyaya aparıldı və onun "Noviçok"a bənzər maddə ilə zəhərləndiyi açıqlanıb. Verzilovun sağalması güman edilir.

Pyotr Verzilov iyul ayında Rusiyada keçirilən futbol üzrə Dünya Çempionatının oyununda meydana daxil olmuş, buna görə 15 gün müddətinə azadlıqdan məhrum edilmişdi.

Qeyd edək ki, mart ayında İngiltərədə zəhərlənən sabiq rus agenti Sergey Skripal və qızı Yuliya Skripalın Rusiya tərəfindən "Noviçok" maddəsi ilə zəhərləndiyi iddia edilmişdi.

Gülşən