Foto 18:08 11.10.2019

Rusiyalı general-leytenant Azərbaycanda səfərdə olub (FOTOLAR)

Polis general-leytenantı, Rusiya Federasiyasının dövlət müşaviri, Xabarovsk vilayətinin ictimai palatasının üzvü, insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasına ictimai nəzarət komissiyasının sədri Parxomenko Viktor İvanoviç və xanımı, Rusiya Federasiyasında Azərbaycanlıların Hüquqları və Qanuni Maraqları üzrə "Edinstvo” (Birlik) Regionlararası Konqreslər Assosasiyasının vitse-prezidenti Nazir Hətəmovun dəvəti ilə Azərbaycana işguzar səfərdə olub.

Qaynarinfo xəbər verir ki,səfər çərçivəsində Viktor Porxomenko və xanımı İçəri Şəhərdə tarixi-memarlıq abidələrini ziyarət edib. Səfər çərçivəsində general-leytenant və xanımı Şəhidlər Xiyabanını ziyarət edib, şəhidlərin məzarı üstünə gül dəstələri qoyub.

Azərbaycana səfər çərçivəsində Nazir Hətəmov, Viktor Porxomenko və xanımı Şəki, Qəbələ, İsmayıllı,Qax rayonlarına səfər edib, həmin regionların tarixi, mədəniyyəti, mətbəxi ilə tanış olublar.

Daha sonra qonaqlar Şaşlova İya Oleqovanın təşkilatçılığı ilə "5 saylı ASAN Xidmət”i ziyarət edib, mərkəzin iş prinsipi ilə yaxından tanış olub, Azərbaycanda belə bir mərkəzlərin yaradılmasını yüksək qiymətləndirib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.