Dünya 09:57 15.06.2013

Rusiyalı jurnalist döyülərək saxlanıldı

İstanbulun Taksim meydanında rusiyalı jurnalist Arkadi Babçenko döyülərək saxlanılıb. APA-nın “RBK”ya istinadən verdiyi xəbərə görə, saxlanılma jurnalist boş polis maşınlarının  şəklini çəkərkən baş verib.

Jurnalistin bildirdiyinə görə,  mülki geyimdə olan bir qrup polis əməkdaşı yaxınlaşaraq onu saxlayıb və güc tətbiq edib.  

Məlumata görə, polislər Babçenkonun pasportu və başqa sənədləri götürüb, onun özü  isə xəstəxanaya aparılıb. Xəstəxanada onun polis nəzarətinə götürüldüyü bildirilir.