Dünya 11:25 23.09.2019

Rusiyanın meteoritləri belə vura biləcək analoqsuz silahı (FOTO)

Rusiyanın "S-500" havadan müdafiə sistemi Yerə yaxınlaşan meteoritləri belə məhv etmək gücündədir.

Qaynarinfo xəbər verir ki, bu barədə Çin mətbuatı məlumat yayıb. Xəbərdə Rusiyanın zenit raket sistemlərinə artan tələbatdan bəhs edilib və "S-500"lərin müasir təyyarələri, hətta meteoritləri vura bilmək gücü vurğulanıb.

Qeyd edək ki, Rusiya 10 hədəfi eyni anda zərərsizləşdirməyə qadir "S-500"ləri hələ ki satmaq niyyətində deyil. Analoqsuz sistem ilk növbədə Rusiya ordusu üçün hazırlanır.

Gülşən