Ölkə 16:31 11.01.2014

Rusiyanın axtardığı şəxs Azərbaycanda tapıldı

Rusiyada adam öldürməkdə təqsirləndirilən şəxs Azərbaycanda həbs edilib.

Anspress-in Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olan Rəhim Xəlilovdur.

R.Xəlilov nazirliyin Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.

Qaynar.info