Forbes jurnalı Rusiyanın 200 ən varlı şəxsinin adını açıqlayıb.

Qaynarinfo xəbər verir ki, siyahıda 5 Azərbaycan əsilli şəxsin adı da yer alıb. 

Bakıda doğulmuş "Lukoil" prezidenti Vahid Ələkbərov 16,4 milyard sərvətlə siyahıda 4-cü yerdə qərarlaşıb.

Qubanın Qırmızı Qəsəbə ərazisində doğulmuş Zarak İliyevQod Nisanov siyahıda 36 və 37-ci yerlərdə qərarlaşıb. Onların ümumi sərvəti 3,3 milyard dollardır.

Araz Ağalarov 1,8 milyardla 54-cü, Fərhad Əhmədov isə 1,4 milyardla 69-cu yerdədir.

Qeyd edək ki, Rusiyanın ən varlı şəxsi ünvanını 19,1 milyard sərvətlə Vladimir Lisin qazanıb. 2-ci yerdə isə 18,7 milyarda sahib Aleksey Mordaşovdur. O, "Severstal"ın sahibidir. Ötən il isə siyahıda lider 18 milyard məbləğlə Leonid Mixelson idi. 

Gülşən