Rusiyanın Tur Operatorları Assosasiyasiyası (ATOR) səyahət edilə biləcək ölkələrin siyahısını tərtib edib.

Qaynarinfo-nun məlumatına görə, assosiyasiyanın səhifəsində yayımlanan siyahıda Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Belarusiya, Türkmənistan, Özbəkistan, Cənubi Asetiya, Abxaziya, Kuba, Vyetnam, Fələstin və Çin yer alıb.

Verilən açıqlamada Qırğızıstan, Qazaxıstan, Tacikistan və Cənubi Asetiya turlarının az inkişaf etmiş olduğu və Türkmənistan üçün isə viza tələb edildiyi qeyd edilib.

Qeyd edək ki, 2015-2016-cı illərdə yayımlanan siyahıda həmçinin Suriya, Tunis, Tailand, Myanma, Nikeraqua, Misir və Türkiyənin də adı olub.
 
Çingiz