“Admiral Kuznetsov” yanğınında qurbanların sayı bilindi (YENİLƏNİB)

“Admiral Kuznetsov” yanğınında qurbanların sayı bilindi (YENİLƏNİB)

"Admiral Kuznetsov” kreyserində xəsarət alanlar haqda məlumat verilib. 

Xəbərə görə, yanğın qurbanlarının sayı doqquz nəfərə çatıb. 

Bu haqda izvestiya.ru-ya məlumat verən mənbə xəsarət alanlardan dörd nəfərinin xəstəxanaya yerləşdirildiyini bildirib. Onlardan birinin vəziyyəti ağır, üçününkü isə orta ağır qiymətləndirilir. 

Daha 5 zərərçəkən müayinə olunur. Bir nəfərinsə taleyi məlum deyil.

14.54

Şimal Donanmasından verilən məlumata görə, hərbi yanğınsöndürənlər birgə səyi nəticəsində "Admiral Kuznetsov” təyyarədaşıyan kreyserindəki yanğın mənbəyi tapılıb. 

Qaynarinfo xəbər verir ki, təmir işlərini müşayiət edən heyət üzvləri yanğının söndürülməsində yaxından iştirak ediblər. Bundan əlavə, zavod işçilərinin təxliyəsi başa çatdırılıb.

13.38 
 
"Admiral Kuznetsov” təyyarədaşıyan kreyserində yanğın baş verib. 

Qaynarinfo xəbər verir ki, bu haqda "Zvyozdoçka” gəmi təmiri mərkəzinin mətbuat xidmətinin rəhbəri Yevgeni Qladışev sosial şəbəkələrdə məlumat verib. Məlumata görə, yanğın birinci enerji blokunda qaynaq aparıldığı zaman başlayıb.

Bununla belə, Qladışev hadisə zamanı itkin düşən və yaralananlar barədə məlumatı təsdiqləməyib.
 
Hazırda yanğınsöndürmə qrupları yanğının aradan qaldırılması ilə məşğuldur. Gəminin göyərtəsində olan işçilər təxliyə edilib.
 
Hazırda "Zvyozdoçka" zavodu kreyserdə təmir işləri aparır.
 
 
Alpər

Blogum-Qaynar
XƏBƏRLƏR
BLOGLAR