Dünya 22:46 20.11.2017

Rusiyanın səfirliyi atəşə tutuldu

 Rusiyanın Suriyadakı səfirliyi atəşə tutulub. 

"Report" Rusiya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, diplomatik missiyanın əməkdaşları arasında xəsarət alanlar yoxdur. 

"Noyabrın 20-də Suriyanın paytaxtı Dəməşq şəhərinin terrorçular tərəfindən minaatanlardan atəşə tutulması nəticəsində mərmilərdən biri Rusiya səfirliyinin ərazisinə, yaşayış kompleksinin yaxınlığına düşüb. Nəticədə binanın divarı, elektrik xətləri və su təchizatı sistemi zədələnib", - xəbərdə qeyd olunub. 

Qaynarinfo.Az