Dünya 20:20 13.04.2018

Rusiyanın taksi xidməti şirkəti 1000-ə yaxın erməni sürücünü işdən çıxardı

"Rusiyanın "Yandex” taksi xidməti Ermənistan vətəndaşı olan sürücülərlə işləməkdən imtina edir”.

Bu barədə Ermənistanda çıxan "Jamanak” qəzeti məlumat yayıb.

"Yandex” bildirib ki, onların sürücülük vəsiqəsi 4 dövlətdən birinə - Rusiya, Belarus, Qırğız Respublikası və Qazaxıstana məxsus olmalıdır. Nəticədə minə yaxın erməni əsilli sürücü taksi sürücülüyündən məhrum olaraq işsiz qalıb”, - qəzet yazıb.

Mütəxəssislər qeyd ediblər ki, Ermənistanın verdiyi sürücülük vəsiqəsi peşəkar fəaliyyət göstərmək üçün Rusiya tərəfindən tanınmır.(virtualaz.org)