Foto 09:23 10.08.2019

Rusiyanın Xalq artisti: “Azərbaycan toyu hamı üçün bayramdır” (FOTO/VİDEO)

Rusiyanın Xalq artisti, Azərbaycanın "Dostluq” ordeninin sahibi, dünya opera ulduzu Anna Netrebko növbəti dəfə Bakıya gəlib.

Onun budəfəki gəlişi sənət fəaliyyəti ilə bağlı olmayıb. Opera ifaçısı həyat yoldaşı, Azərbaycanın Xalq artisi Yusif Eyvazovun Vətəninə onun anasının 75 yaşı tamam olması ilə əlaqədar təşkil olunan məclisdə iştirak etmək üçün gəlib.

Daha sonra məlum olub ki, onların Bakıya gəlişi həm də ailə dostlarının toyunda iştirak etmələri ilə bağlıdır. Həmin məclisdən görüntüləri cütlük İnstaqram sosial şəbəkəsində paylaşıb.  

"Azərbaycan toyu hamı üçün bayramdır”, - yarım milyona yaxın sosial şəbəkə izləyicisi olan Anna Netrebko yazıb. (Qafqazinfo)