Dünya 16:40 17.01.2020

Rusiyanın yeni baş naziri də erməni əsilli imiş - Rusiya KİV

Rusiyanın yeni Baş naziri Mixail Mişustinin anası erməni mənşəlidir.

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiyanın woman.ru saytı yazıb. Qeyd olunur ki, onun erməni kökləri müasir Ermənistanda köhnə adı Mişustin soyadının əsasını təşkil edən kiçik bir kəndə gedib çıxır.

"Mişustinin anası ermənidir. Deyilənə görə, kökü Tayçarıq kəndindən (indiki adı Meqradzor) gəlir. Tayçarıq türk dilində "tək çarıq" mənasını verir və erməni dilində "miçuste" kimi səslənir. Mixailin əcdadları Rusiyada Mişustina adını alıb. Belə ki, "ç" hərfi daha ahəngdar "ş" hərfi ilə əvəzlənib.

Qeyd edək ki, Federal Vergi Xidmətinin rəhbəri Mixail Mişustinin baş nazir vəzifəsinə namizədliyi Medvedev hökumətinin istefasından bir gün sonra Rusiya prezidenti Vladimir Putin tərəfindən təklif edilib. Adı Dumaya təqdim olunduqdan sonra, 383 deputatın səsi ilə o, Rusiyanın yeni baş naziri seçilib. Bundan sonra Vladimir Putin Mişustinin təyinatı ilə bağlı müvafiq sərəncam imzalayıb.
 
Camal