İdman 10:08 14.10.2013

Ruslan Abışov: "Aleksandr Səmədov bizim Məsut Özildir"

"Mən deməzdim ki, Rusiya ilə oyun bizim üçün həddindən artıq prinsipial olacaq. Rəqib komandaya həmişə hörmətlə yanaşmışıq. 

Azərbaycanın bir çox futbolçusu beynəlxalq turnirlərdə həmişə Rusiyaya azarkeşlik edib. Sadəcə biz istəyirik ki, seçmə mərhələni qələbə ilə başa vuraq və azarkeşlərimizi sevindirək".

Qol.Az-ın məlumatına görə, bu sözləri milli komandamızın və "Rubin" klubunun üzvü Ruslan Abışov Rusiya mətbuatına müsahibəsində deyib.

DÇ-2014-ün seçmə mərhələsində Rusiya yığması ilə qarşılaşacağımız oyun haqda danışan futbolçumuz Şimali İrlandiya ilə oyundan sonra Rusiya yığmasına da qalib gəlməyin mümükün olduğunu deyib: "Həmişə öz meydanımızda yaxşı təsir bağışlayırıq. Doğma meydanda hücumlara daha çox qoşuluruq. Elə Rusiya ilə 2009-cu ildə Bakıdakı oyunumuz da bunu sübut edir. Həmin vaxt hesab 1:1 olmuşdu. İndi sübut etmək istəyirik ki, həmin hesab təsadüfü deyildi. Üstəlik də Şimali İrlandiyaya qalib gəldimiz üçün komandamızda yaxşı ab-hava var. Oyuna yaxşı köklənmişik. 

Rəqibin heyətində çıxış edən Azərbaycan əsilli Aleksandr Səmədovla bağlı fikirlərini də bölüşən Abışov onun oyununu yüksək qiymətləndirib və bildirib ki, Səmədov bizim fəxrimizdir: "O, çox istedadlı futbolçudur. Rusiya millisində oynamağı üstün tutsa da, seçiminə hörmətlə yanaşıram. Necə ki, türklər Məsut Özilə görə Almaniya millisinə azarkeşlik edir, biz də Səmədova görə Rusiya yığmasına azarkeşlik edəcəyik". 

Qaynar.info