Siyasət 15:29 22.07.2013

Rüstəm İbrahimbəyov Avropadadır

Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovun Avropaya səfəri başlayıb.

Qaynar.info-nun məlumatına görə, bu barədə tanınmış blogger Emin Milli məlumat verib. O bildirib ki, İbrahimbəyovla Berlində bir sıra mühüm görüşlər keçirəcəklər: "İndi Milli Şuranın sədri, demokratik hərəkatımızın prezident seçkilərində vahid namizədi Rüstəm İbrahimbəyovu Berlində qarşılayırıq. Sabah Berlində bir sıra mühüm görüşlər keçiriləcək. Almaniyanın siyasi dairələri, beyin mərkəzləri, fondları və jurnalistləri ilə görüşəcəyik. Rüstəm bəy iyulun 23-də Almaniyada və Avropada yaşayan azərbaycanlılarla da görüşəcək. İbrahimbəyov həm də "Meydan" TV-nin növbəti suallarına cavab verəcək, vacib məsələlərə aydınlıq gətirəcək".

Qaynar.info