İdman 19:34 28.05.2013

Rüştü Bakıda akademiya açır

Türkiyənin məşhur qapıçısı Rüştü Rəncbər Bakıda qolkiperlərin akademiyasını açacaq.

“Doğan” agentliyinin (DHA) yaydığı məlumata görə, “Fənərbaxça”, “Beşiktaş”, habelə Türkiyə millisinin qapıçısı olmuş qolkiper belə bir layihəni həyata keçirməyi uzun müddətdir planlaşdırırmış.


Rüştü Rəncbərə ən böyük dəstəyi “Palmali” şirkətlər qrupu verir.

Qaynar.info