Video 10:08 22.09.2018

Rüşvət alan məmurun rütbələri belə söküldü (VİDEO)

İndoneziyada rüşvət aldığı üzə çıxan məmurun rütbələri yoldaşlarının gözü önündə sökülüb, uniforması isə əynindən çıxarılıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, uniforması əlindən alınan məmura daha sonra mülki geyim verilib və işdən çıxarılıb.

Bütün bunlar yoldaşlarının və cəmiyyətin gözü qarşısında edildiyi üçün məmur göz yaşlarını saxlaya bilməyib.