İdman 18:45 02.12.2018

Rövnəq Abdullayev: "Bu bizim üçün əlamətdar turnirdi"

Bu gün İrlandiyanın paytaxtı Dublində keçirilmiş "AVRO-2020"nin seçmə mərhələsinin püşkatma mərasimindən sonra AFFA-nın prezidenti Rövnəq Abdullayev açıqlama verib. 

Qaynarinfo xəbər verir ki, assosiasiya başçısı qrupda maraqlı oyunlara şahid olacağımızı düşünür:

"İlk növbədə onu demək olar ki, qrupumuzdakı komandaların hər biri ilə müəyyən tanışlığımız var. Müxtəlif illərdə həm dünya çempionatının, həm də Avropa çempionatının seçmə mərhələsində qarşılaşmışıq. Bununla belə, futbol dinamik, inkişafda olan idman növüdü. Təbii ki, hər bir milli komandanın da oyununda zaman-zaman dəyişikliklərin, yeniliklərin şahidi oluruq. "AVRO-2020"nin seçmə mərhələsində maraqlı oyunların şahidi olacağımıza əminəm. Millimizə həmin oyunlarda uğurlar, qələbə sevinci arzu edirəm. "AVRO-2020" bizim üçün təşkilati baxımdan da əlamətdar turnirdi. Final mərhələsinin 4 oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək. Bu baxımdan, Azərbaycan futbol ailəsinin hər bir üzvünə qarşıdakı müddətdə uğurlar arzulayıram”.
 
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!