Ekonomiks 10:57 11.11.2014

Rövnəq Abdullayev DESFA-nın səhmlərinin alınmasını müzakirə etdi

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Yunanıstana səfər edib.

ARDNŞ-dan “APA-Economics”ə verilən məlumata görə, noyabrın 10-da baş tutan səfər çərçivəsində R. Abdullayev Yunanıstanın baş naziri Antonis Samarasla görüşüb.
 
Görüş zamanı TAP layihəsinin həyata keçirilməsi və Yunanıstan Milli Qazpaylayıcı Şəbəkəsinin operatoru olan DESFA şirkətinə məxsus səhmlərin 66%-nin ARDNŞ tərəfindən alınması prosesinin tamamlanması ilə bağlı məsələlər müzakirə olunub.
 
Tərəflər qeyd olunan layihələrin həyata keçirilməsi haqqında fikirlərini bölüşüb.

Qaynar.info