İdman 14:05 01.05.2013

Rövnəq Abdullayev onları təriflədi

«Mən əcnəbi hakimlərin gətirilməsinin əleyhinəyəm». 

Fanat.az xəbər verir ki, bu sözləri AFFA prezidenti Rövnəq Abdullayev deyib.

Qurum rəhbəri əcnəbi hakimlərin dəvət olunması ilə bağlı müzakirələrə münasibət bildirib: «Bizim özümüzün də FİFA referilərimiz var. Mən özüm də klub prezidenti olmuşam. Bilirəm ki, hakimlikdən narazılıq həmişə olub. Lakin istənilən halda çempionat oyunlarına əcnəbi hakim dəvət olunmasını düzgün hesab etmirəm. Çünki bizə daha çox Azərbaycan futbolunun inkişafı haqda düşünmək lazımdı».

Abdullayev hakimlərimizin Avropa oyunlarında əcnəbiləri bəzi komponentlərdə üstələdiyini bildirib: «Hakimlik də bizim futbolun əsas hissələrindən biridi. Avropadakı oyunlara təyinat alan referilərimiz əcnəbilərdən heç nədə geri qalmırlar. Hətta bəzi komponentlərdə həmkarlarını üstələyirlər».

Qaynar.info