Maqazin 18:00 20.11.2017

Rövşən erməniyə görə oyundan kənarlaşdırıldı (VİDEO)

"Nə? Harada? Nə zaman?” intellektual oyununda azərbaycanlı və erməni oyunçunun iştirakı ilə qalmaqal baş verib.

"Qaynarinfo" "Qafqazinfo”ya istinadən xəbər verir ki, qalmaqala səbəb sualın cavabının müzakirəsi zamanı Rövşən Əsgərovun arxasında dayanan izləyici Kim Qalaçyanın cavabı pıçıldaması olub. Bu, aparıcı Boris Kuryukun gözündən qaçmayıb. Erməni oyunçu zaldan qovulub, lakin Əsgərovun komandasının da cavabı qəbul edilməyib və onlar oyun stolunu tərk etmək məcburiyyətində qalıblar. Qələbə məsləhətləşmələrdən sonra avtomatik olaraq rəqib komandaya verilib. 

Qərardan bərk hiddətlənən Rövşən Əsgərov isə cavabı nə özünün, nə də komanda üzvlərinin eşitdiyini bildirib.
 


Qaynarinfo.Az