Siyasət 16:28 23.10.2019

Rövzət Qasımov MSK sədrinin müavini seçildi

Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü təyin edilən Rövzət Qasımov MSK sədrinin müavini seçilib.

Qaynarinfo xəbər verir ki, Qərar MSK-nın bu gün keçirilən iclasında qəbul olunub. İclasda Rövzət Qasımovun MSK sədrinin müavini seçilməsi təklif olunub. Müzakirələrdən sonra təklif komissiyanın yekdil qərarı qəbul edilib.

Qeyd edək ki, 1978-ci ildə Culfa rayonunun Xanağa kəndində anadan olan Rövzət Qasımov Azərbaycan Dillər Universiteti və Prezident yanında Dövlət İdarəçiliyi Akademiyasının məzunudur. İngilis və rus dillərində bilir.

1998-ci ildən MSK-da çalışan Rövzət Qasımov Beynəlxalq əlaqələr şöbəsinin müdiri, 2011-ci ildən isə MSK Katibliyinin müdiri işləyib.

Çoxsaylı beynəlxalq konfranslarda, eləcə də nüfuzlu beynəlxalq təşkilatların müxtəlif ölkələrdə keçirilən seçkiləri qiymətləndirmə və müşahidə missiyalarında ölkəmizi təmsil edib. Beynəlxalq seçki eksperti və təlimçisidir.

Ailəlidir, 3 övladı var.